Cennifer Lopez həyatının yeni mərhələsindən danışdı: “Özümü azad hiss edirəm”

Müğənni və aktrisa Cennifer Lopez şəxsi həyatında yaşadığı dəyişikliklər barədə səmimi açıqlamalar verib. Lent.az-ın məlumatına görə, sənətçi “The Tonight Show” proqramında çıxışı zamanı hazırkı həyatından söz açıb.
Lopez bildirib ki, 20 yaşlarından bəri ilk dəfədir həyatında sevgilisi yoxdur və övladları da onunla yaşamır. O, bu vəziyyətin əvvəlcə asan olmadığını, hazırda isə özünü həm tənha, həm də azad hiss etdiyini deyib.
Sənətçinin sözlərinə görə, övladları universitetə yollandıqdan sonra təxminən altı ay ərzində demək olar ki, hər gün ağlayıb. Lopez həmin dövrü geridə qoyduğunu və indi həyatının bu mərhələsini daha müsbət qiymətləndirdiyini bildirib.
Müğənni hazırda yeni planlara kökləndiyini də söyləyib. Onun sözlərinə görə, bu müddətdə 20 yeni mahnı hazırlayıb. Lopezin açıqlaması övladlarının evdən ayrılmasının yaratdığı duyğularla yanaşı, həyatında başlayan yeni, daha müstəqil dönəmi də əks etdirir.
Mənbə ↗