Co Baydenin kortejinə Dublində süd paketləri və başqa əşyalar atıldı

Joseph Robinette Biden Jr.
ABŞ-nin sabiq prezidenti Co Bayden ailəsi ilə birlikdə İrlandiyanın paytaxtı Dublin şəhərinə səfəri zamanı etirazçıların hədəfinə gəlib. “The Irish Times” qəzetinin məlumatına görə, hadisə noyabrın 10-da Dublin Universitetinə səfərdən sonra baş verib. Bayden universitetə oğlu Hanteri dəstəkləmək üçün yollanıb. Təhsil müəssisəsində Hanterə ən qədim tələbə cəmiyyətlərindən birinin “İctimai diskursa görkəmli töhfəyə görə” qızıl medalı təqdim edilib. Mərasimdən sonra ailə binanı tərk edərkən kortejin istiqamətinə süd paketləri və digər əşyalar atılıb. Nəşrin yazdığına görə, mühafizəçilər Co Baydeni, həyat yoldaşını və Hanteri uçan əşyalardan qorumaq üçün çətirlərdən istifadə etməli olublar. Hadisə zamanı aksiyada iştirak edən şəxslərdən birinə bibər qazı sıxıldığı da bildirilir. İnsidentlə bağlı ən azı iki nəfərin saxlanıldığı qeyd olunur. Məlumatda etirazın səbəbləri və saxlanılan şəxslərin kimliyi barədə əlavə təfərrüat verilməyib. Xəbərin təqdim etdiyi məlumata əsasən, hadisə Bayden ailəsinin universitetdəki mərasimdən sonra ərazidən ayrıldığı vaxt yaşanıb.
Mənbə ↗