Diana Rezer ürək formalı əşyalar kolleksiyasında yeni rekorda imza atdı

Diana Rezer
Kardiocərrah Diana Rezer ürək formasında olan əşyalar kolleksiyasını böyüdərək Ginnesin Rekordlar Kitabına yenidən düşüb. Rekordun rəsmi saytında yer alan məlumata görə, onun kolleksiyasında hazırda 3 200 müxtəlif əşya var. Diana bu sahədə ilk rekordunu 2010-cu ildə qeydə aldırıb: həmin vaxt kolleksiyasında 775 əşya olub. Lakin 2024-cü ildə ABŞ vətəndaşı Syuzan Uest 1 560 nümunə toplayaraq rekordu əlindən alıb. Diana bu nəticədən sonra kolleksiya toplamağı dayandırmayıb və əşyalarını yenidən saymaq qərarına gəlib. Rekord sahibi kolleksiyasını bu ilin aprelində yoxlayıb. Geyimlər, zinət əşyaları, sənət əsərləri və ürək formasında olan başqa predmetlər də daxil olmaqla, ümumi say 3 200-ə çatıb. Onun kolleksiyasındakı çeşid gün eynəklərindən avtomobil üçün hava təravətləndiricilərinə, saç aksesuarlarından ətir və sabunlara, eləcə də məişət əşyalarına qədər uzanır. Diananın bədənində ürək şəklində altı döymə də var. Diana bu qeyri-adi marağa təxminən 25 il əvvəl, tibb fakültəsində oxuduğu vaxt başlayıb. Kolleksiyanın böyük hissəsini evində və iş otağında saxlayır. O, ürək formasında hansı əşyanın kolleksiyasında olmadığını soruşduqda “Əbədiyyət ürəyi” adlı brilyantın adını çəkib. Mənbənin məlumatına əsasən, 27,64 karatlıq nadir mavi brilyantın dəyərinin ən azı 16 milyon dollar olduğu bildirilir. Daşın indiki sahibinin kimliyi və dəqiq qiyməti isə açıqlanmayıb. Beləliklə, Diana əvvəlki rekordunu geridə qoyaraq topladığı əşyaların sayını iki dəfədən çox artırıb.
Mənbə ↗